Cari ilin oktyabr ayında AMB-nin mərkəzi hökümətə rəsmi tələbləri 2 829,4 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin oktyabrı ilə müqayisədə 975,3 milyon manat və ya 25,6% azdır.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 3804,7 milyon manat olub.
Aylıq müqayisədə isə 248 milyon manat, 8,1%-lik azalma qeydə alınıb.
Sentyabr ayına olan rəsmi tələblər 3 077,4 milyon manat təşkil edib.