Cari ilin avqust ayında AMB-nin banklara və BOKT-lara xalis tələbləri 6 614 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən ilin avqustu ilə müqayisədə 1368,4 milyon manat və ya 17,1% azdır.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 7 983,3 milyon manat olub.
Aylıq müqayisədə isə 193,9 milyon manat, 2,8%-lik azalma qeydə alınıb.
İyul ayında olan tələblər 6 808,8 milyon manat təşkil edib.