2024-cü ilin 9 ayında kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
Hesabat dövründə manatla kreditlər 21.2%, xarici valyutada isə 6.3% artıb. Xarici valyutada olan kreditlərin cəmi kreditlərdə payı 2 faiz bəndi azalaraq sentyabrın sonuna 16.6% təşkil edib.
Hesabat dövründə manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər 16%, xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər isə 6% təşkil edib.