Bütün dünyada olduğu kimi, Azərbayan bankları da ənənəvi kredit/əmanət münaibətlərindən başqa xidmətlər də göstərir və gəlirlər əldə edirlər.
Azərbaycanda 5 bankın biznes kredit porteli 1 milayrd manatdan yüksəkdir
FED.az xəbər verir ki, hazırda bankların gəlir mənbələri fərqlidir, buraya kredit portfeli, başqa banklarda depozit yatırımları və ya başqa banka kredit verilməsi, qiymətli kağızlar yatırımlar və sair aiddir. Amma ənənəvi olaraq aktivlərin ən sərfəli yerləşdirilməsi üsulu kredit portfeli sayılır.
2025-ci ilin 3-cü rübünə olan maliyyə göstəricilərinə əsasən, Azərbaycan banklarının kredit portfellərinin aktivlərdəki payı ciddi fərqlənir. FED.az xəbər verir ki, bu göstərici bankların nə qədər aktiv şəkildə kreditləşmə ilə məşğul olduqlarını nümayiş etdirir.
Məlumatlara əsasən, kredit portfelinin aktivlərdəki payı üzrə ilk yerləri əsasən kiçik və orta ölçülü banklar tutur. Bu isə onların daha çox ənənəvi bankçılıq yəni kredit vermə üzərində fokuslandığını göstərir.
Ən yüksək göstərici ilə lider olan «Expressbank» kredit portfelinin aktivlərə nisbətində 82% ilə siyahıya başçılıq edir. Onu 81%-lə «VTB Bank», 80%-lə «AccessBank» və «TuranBank» izləyir. Bu banklar aktivlərinin əksər hissəsini kreditləşməyə yönəldib.
Bəzi banklarda isə aktiılərin kreditə ayrılan hissəsi 40%-dən də azdır. Məsələn, «Paşa Bank» öz aktivlərinin 60%-dən çox hissəsini kreditə yönəldə bilməyib və başqa istiqamətlərdə saxlayır.
Daha ətraflı aşağıdakı cədvəldə:
№ |
Bank adı |
Aktivlər (min manat) |
Kredit portfeli (min manat) |
Kredit portfeli/ aktiv nisbəti |
1 |
“Expressbank” |
645 453 |
530 592 |
82% |
2 |
“VTB Bank” |
298 275 |
242 036 |
81% |
3 |
“AccessBank” |
1 619 588 |
1 296 851 |
80% |
4 |
“TuranBank” |
892 534 |
710 929 |
80% |
5 |
“Bank of Baku” |
1 117 642 |
872 372 |
78% |
6 |
“Yelo Bank” |
1 444 429 |
1 053 937 |
73% |
7 |
“Rabitəbank” |
1 307 337 |
953 150 |
73% |
8 |
“AFB Bank” |
320 471 |
232 200 |
72% |
9 |
“Premium Bank” |
659 615 |
477 536 |
72% |
10 |
“Bank BTB” |
389 268 |
276 304 |
71% |
11 |
“Yapı Kredi Bank Azərbaycan” |
657 096 |
434 127 |
66% |
12 |
“Bank Avrasiya” |
204 037 |
133 861 |
66% |
13 |
“Unibank” |
1 908 269 |
1 254 835 |
66% |
14 |
“Ziraat Bank Azərbaycan” |
1 233 702 |
728 261 |
59% |
15 |
“Bank Respublika” |
2 717 912 |
1 577 152 |
58% |
16 |
“Azərbaycan Beynəlxalq Bankı -ABB” |
13 324 522 |
6 802 550 |
51% |
17 |
“Xalq Bank” |
3 630 981 |
1 823 217 |
50% |
18 |
“Kapital Bank” |
12 064 364 |
5 432 051 |
45% |
19 |
“Azər-Türk Bank” |
1 849 217 |
787 660 |
43% |
20 |
“Azərbaycan Sənaye Bankı” |
799 427 |
301 892 |
38% |
21 |
“Paşa Bank” |
8 932 496 |
3 338 414 |
37% |
22 |
“Bank Melli Iran” |
121 328 |
2 228 |
2% |