Bankın əmanət portfeli son dövrdə əhəmiyyətli artım göstərərək 226,4 milyon manata yüksəlib. Bu əvvəlki dövrlə müqayisədə 70,2 faiz artım deməkdir.
“AFB Bank” ötən ili mənfəətlə tamamlayıb - KREDİT PROTFELİ KƏSKİN BÖYÜYÜB - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə bankın bu gün keçirdiyi mətbuat konfransında bankın İdarə Heyətinin sədri Amid Qənbərov bildirib.
Sədrin sözlərinə görə, fiziki şəxslərin əmanət portfeli 89,9 faiz artaraq 114,2 milyon manata, hüquqi şəxslərin əmanət portfeli isə 53,9 faiz artımla 112,2 milyon manata çatıb.
O qeyd edib ki, bank əmanət portfelinin artım dinamikasına görə banklar arasında birinci yeri tutub.











