"AFB Bank" ASC-nin faiz gəlirləri 26,1 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 milyon manat və ya 16,1% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə hesabatlarına istinadən xəbər verir.
Faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri bir ildə 5 milyon manat (28,1%) artaraq 22,8 milyon manata yüksəlib. Bu maddə ümumi faiz gəlirlərinin 87%-dən çoxunu təşkil edir.
Digər banklardakı depozitlərdən əldə edilən faiz gəlirləri 1,8 milyon manata bərabər olub.
Ticarət və investisiya qiymətli kağızlarından əldə edilən gəlirlər 832 min manat təşkil edib.
"AFB Bank" ASC-nin faiz xərcləri 9,2 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 milyon manat və ya 61,8% artım deməkdir.
Faiz xərclərinin artımında əsas rolu depozitlərə və cəlb edilmiş kreditlərə ödənilən faizlər oynayıb. Depozitlərə görə faiz ödənişləri bir ildə 1,6 milyon manat (46,2%) artaraq 5,1 milyon manata yüksəlib. Bu maddə ümumi faiz xərclərinin 55%-dən çoxunu təşkil edir.
Ən kəskin artım isə cəlb edilmiş kreditlərə görə ödənilən faizlər üzrə qeydə alınıb. Bu xərclər bir ildə 1,9 milyon manat (87,8%) artaraq 4 milyon manata çatıb.
Xərclərin artmasına baxmayaraq, faiz gəlirlərinin də yüksəlməsi fonunda xalis faiz gəliri demək olar ki, dəyişməyərək 16,9 milyon manat səviyyəsində qalıb.
"AFB Bank" ASC-nin qeyri-faiz gəlirləri 9,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 671 min manat və ya 7,3% artım deməkdir.
Qeyri-faiz gəlirlərinin artımında əsas rolu komissiya gəlirləri oynayıb. Alınan haqq və komissiya gəlirləri bir ildə 494 min manat (6,8%) artaraq 7,8 milyon manata yüksəlib. Bu maddə ümumi qeyri-faiz gəlirlərinin 79%-ni təşkil edir.
Bankın qiymətli kağızlar əməliyyatları da müsbətə çıxıb. Əgər əvvəlki il bu əməliyyatlardan təxminən 79 min manat zərər qeydə alınmışdısa, cari ildə 95 min manat gəlir əldə edilib.
Xarici valyuta əməliyyatlarından xalis gəliri 1,6 milyon manata bərabər olub.
Hesabat dövründə "AFB Bank" ASC-nin qeyri-faiz xərcləri 25,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 milyon manat və ya 24,3% artım deməkdir.
Qeyri-faiz xərclərinin artımında əsas rolu əmək haqqı xərcləri oynayıb. Əmək haqqı və digər kompensasiya növləri üzrə xərclər 12,2 milyon manata bərabər olub. Bu bir il ərzində bir ildə 4,4 milyon manat (57,5%) artıma bərabərdir.
Bu maddə ümumi qeyri-faiz xərclərinin 47%-ni təşkil edir.
Bankın ümumi və inzibati xərcləri bir ildə 404 min manat (7,3%) artaraq 5,9 milyon manata, amortizasiya xərcləri isə 115 min manat (6,2%) artaraq 2 milyon manata çatıb.
Mənfəətə müsbət təsir edən amil isə bankın mümkün zərərlər üçün yaratdığı məqsədli ehtiyatların geri qaytarılması olub. Əgər əvvəlki il bu ehtiyatlara 148 min manat ayrılmışdısa, cari dövrdə əksinə, həmin ehtiyatlardan 4,5 milyon manatlıq bərpa qeydə alınıb.
Vergilər ödənilənədək mənfəət bir ildə 437 min manat (8,6%) artaraq 5,5 milyon manata yüksəlib.
Bundan başqa bankın ödədiyi vergi məbləğinin kəskin artması oynayıb. Əgər əvvəlki ilin eyni dövründə bank 493 min manat mənfəət vergisi ödəmişdisə, cari ildə bu məbləğ 1,3 milyon manat təşkil edib. Bu isə 758 min manat və ya 2,5 dəfə artım deməkdir.
Yekunda "AFB Bank" 2025-ci ili 4,3 milyon manat xalis mənfəətlə başa vurub.
Ötən ilin sonuna "AFB Bank" ASC-nin cəmi aktivləri 423 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 127,8 milyon manat və ya 43,3% artım deməkdir.
Aktivlərin artımında əsas rolu kredit portfeli oynayıb. Müştərilərə verilən ümumi kreditlər bir ildə 109,5 milyon manat (59,8%) artaraq 292,5 milyon manata yüksəlib. Mümkün zərərlər üçün yaradılan ehtiyatlar (12,9 milyon manat) çıxıldıqdan sonra xalis kredit portfeli 279,6 milyon manat təşkil edib ki, bu da illik 108,5 milyon manat (63,4%) artım deməkdir.
Kredit portfelinin daxili bölgüsündə ən böyük artım istehlak kreditlərində baş verib. Bu kreditlər bir ildə 43,2 milyon manat, yəni 3 dəfəyə yaxın artaraq 65 milyon manat olub. Biznes kreditləri də 68,9 milyon manat (76,5%) artaraq 158,9 milyon manat təşkil edib. Daşınmaz əmlak kreditlərinin həcmi isə 68,6 milyon manata bərabər olub.
Bankın aktivlərində artım göstərən digər istiqamət digər banklarda və maliyyə institutlarında yerləşdirilən depozitlər olub. Bu depozitlərin həcmi 47 milyon manata bərabər olub ki, bu da illik 19 milyon manat (67,9%) artıma bərabərdir.
Bunun əksinə olaraq, bankın ticarət və investisiya qiymətli kağızları portfeli kəskin azalaraq 15,9 milyon manatdan cəmi 500 min manata enib. Nağd pul vəsaitləri və ekvivalentləri 36 milyon manat təşkil edib. 2024-cü ilə nəzərən 2,3 milyon manat (6,8%) artım qeydə alınıb.
"AFB Bank" ASC-nin cəmi öhdəlikləri 345,3 milyon manata çatıb. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 127,3 milyon manat və ya 58,4% artım deməkdir.
Öhdəliklərin artımında əsas rolu depozit portfeli və digər maliyyə institutlarından cəlb edilən vəsaitlər oynayıb. Depozit portfeli 226,4 milyon manata bərabər olub. Bu illik müqayisədə 93,4 milyon manat (70,2%) artıma bərabərdir. Bu maddə ümumi öhdəliklərin 65,5%-ni təşkil edir.
Depozit portfelinin daxili bölgüsündə hər iki seqment üzrə kəskin artım qeydə alınıb. Fiziki şəxslərin depozitləri 54,1 milyon manat (90%) artaraq 114,2 milyon manata, hüquqi şəxslərin depozitləri isə 39,3 milyon manat (54%) artaraq 112,2 milyon manata çatıb.
Bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri 102,4 milyon manat təşkil edib. Bu 2024-cü ilin sonu ilə müqayisədə 26,3 milyon manat (34,6%) artım deməkdir. Cari ildə bank həmçinin 5 milyon manat həcmində borc qiymətli kağızları buraxıb.
"AFB Bank" ASC-nin cəmi kapitalı 77,7 milyon manat təşkil edib. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 514 min manat və ya 0,7% artım deməkdir.
Kapitalın cüzi artımı bəzi maddələrdəki artım və azalmaların bir-birini tarazlaması hesabına baş verib. Bankın ümumi ehtiyatları bir ildə 836 min manat (42,4%) artaraq 2,8 milyon manata çatıb. Bu ehtiyatların demək olar ki, hamısı (2,7 milyon manat) kreditlər, lizinqlər və digər tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün nəzərdə tutulub.
Bankın bölüşdürülməmiş mənfəəti 4,5 milyon manata bərabər olub.
Səhmdar kapitalı isə dəyişməyərək 70,4 milyon manat səviyyəsində qalıb.













