Azərbaycanın aparıcı banklarından olan «AFB Bank» 2020-ci ilin ilk yarım ilinin nəğticələrini elan edib.
FED.az xəbər verir ki, 2019-cu ilin eyni dövrü ilə müqaisədə Bankın cəmi aktivləri 149 milyon 716 min manat və ya 35% artaraq 573 389 min manata çatıb.
Eləcə də bax: "AFB Bank"ın mənfəəti - 23 DƏFƏ ARTIB
Bankın xalis mənfəəti isə ötən illin eyni dövrü ilə müqaisədə 92% artaraq 2 578 min manat olub.
Bu dövrdə «AFB Bank» ASC-nin cəmi kredit portfeli ötən ilin eyni dövrü ilə müqaisədə 75% yüksələrək 439 014 min manata çatıb.
Ötən dövrdə «AFB Bank» ASC menecmentinin əsas diqqəti real biznesə investisyalara yönəlib. Bankdan bildirilir ki, son bir ildə «AFB Bank» ASC-nin biznes kreditləri ötən ilin eyni dövrü ilə müqaisədə 92% artıb. Nəticədə ilk yarım ilin yekununda Bankın korporativ kreditləri 361 milyon 952 min manat təşkil edib.
Bu dövrdə bank istehlak kreditlərini də davam etdirib, amma bu kreditlər bankın ümumi kredit portfelində cüzi yer tutur. Belə ki, 2020-ci ilin ilk 6 ayının sonuna bankın ümumi kreditlərinin yalnız 5%-i istehlak kreditləri olub.
Digər sahələrə kreditlər isə 2019-cı ilin ilk 6 ayı ilə müqaisədə 48% artmaqla 56 milyon 546 min manat təşkli edib.
Qeyd edək ki, hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan «AFB Bank» ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır.
Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə etmək olar.