Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC-nin mənfəəti 23 dəfə artıb.
Eləcə də bax: "AFB Bank"ın vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, bank bu ilin I rübünü 2,553 milyon manat mənfəətlə başa vurub. Bu rübün mənfəəti ötən ilin eyni dövrünün mənfəətindən 23 dəfə çoxdur.
Yanvar-mart aylarında "AFB Bank"ın gəlirləri 9,566 milyon manat (illik müqayisədə 1,2% az), xərcləri 4,906 milyon manat (9,9% az), xüsusi ehtiyatlara ayırmaları isə 2,107 milyon manat (49% az) təşkil edib.
Bu il aprelin 1-nə "AFB Bank"ın aktivləri 577,459 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 54,6% çoxdur. Bunun 395,252 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,4 dəfə böyüyüb.
Hesabat dövründə "AFB Bank"ın öhdəlikləri 73,1% artaraq 494,269 milyon manata, o cümlədən depozit portfeli 2,4 dəfə artaraq 381,368 milyon manata çatıb, balans kapitalı isə 5,5% azalaraq 83,19 milyon manata düşüb.
Məlumat üçün bildiririk ki, “AFB Bank” ASC-nin Fitch reytinqi B-dir və ölkə bankları arasında ən yüksək reytinqə malik 5 bankdan biridir.
Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.