“AFB Bank”ın 2025-2029-cu illəri əhatə edən strateji baxışında brendin yenilənməsi və gücləndirilməsi də nəzərdə tutulur”.
AFB Bank üç mərhələli strateji transformasiya proqramına start verib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu keçirilən mətbuat konfransında “AFB Bank” ASC-nin İdarə Heyətin sədri Amid Qənbərov bildirib.
Bankın sədri qeyd edib ki, “AFB Bank”ın rebrendinq edilməsinə ehtiyacın olub-olmadığını müəyyən etmək üçün araşdırmalara başlanılıb:
“Biz hazırda bazarı araşdırırq. Bir sıra bankların adında abreviaturadan istifadə edilir, onlar haradsa bir-birini təkrarlayır və oxşarlıq hiss olunur. Bankın adı abreviatura şəkilində yazılan və səsləndirilən zaman bəzən mesaj qeyri-aydın, reklam xərcləri səmərəsinz ola bilər. Biz hazırda araşdırma aparırıq. Araşdırmanın nəticəsində “AFB Bank” adının rebrendinq edilməsinə ehtiyac olub-olmayacağını müəyyənləşdirəcəyik: Biz müştərilərə necə xitab etsək və ya müştərilər bizə necə xitab etsə daha məqsədəuyğun olar. Məndə olan dəqiq məlumata görə, bu araşdırmanı digər banklar da aparırlar. Biz bankımızın brendini də gücləndirmək istəyirik. Brendimizi elə gücləndirmək istəyirik ki, müştəri bankımızın adını eşidən zaman hansı seqmentlərdə daha öndə olduğumuzu təsəvvür etsin və xidmətlərimizdən yararlansın”.











