"AFB Bank» pulu nədən qazanır?
FED.az Azərbaycanın aparıcı banklarından olan “AFB Bank”nın gəlir mənbələrini təqdim edir.
2023-cü ilin üçüncü rübünün nəticələrinə görə “AFB Bank”ın gəlirləri 22 milyon 579 min manat təşkil edib. “AFB Bank”ın göstəricilərinə baxdıqda məlum olur ki, ölkə bankları arasında gəlirlərini şaxələndirməyi bacaran banklar arasındadır və ölkənin bank sistemində 21-ci yerdədir .
Belə ki, bankın gəlirinin çox hissəsi – 9 milyon 729 min manatı və ya 44%-i kredit portfeli üzrə faizlərdən daxil olub. Gəlirlərin 26%-ni və ya 5 milyon 930 min manatını komissiya haqları təşkil edir. Yeri gəlmişkən, “AFB Bank” komissiya haqlarını gəlirlərdə ciddi yer tutduğu banklardandır. Bankın valyuta əməliyyatlarından əldə etdiyi vəsait 1 milyon 396 min manat ümumi gəlirin 6%-i , qiymətli kağızlardan gəlirləri isə təqribən 2 milyon 788 min manat ümumi gəlirin 12%-i qədər olub. “AFB Bank” başqa banklarda depozitdən 2 milyon gəlir əldə edib bu da öz növbəsində ümumi gəlirlərin 9%-i deməkdir . Digər faiz və digər qeyri-faiz gəlirlərindən isə ümumilikdə 735 min manat gəlir əldə edilib ümumi gəlirin 3%-i qədər .
Ümumiyətlə, “AFB Bank”ın gəlirlərinin 67%-i faiz, 33%-i qeyri-faiz gəlirlərindən ibarətdir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir:
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
9 729 |
44% |
QK-a investisiyadan gəlir |
2 788 |
12% |
Digər banklara depozitlərdən gəlirlər |
2 001 |
9% |
Digər banklara kreditlərdən gəlirlər |
- |
- |
Komissiya haqları |
5 930 |
26% |
Valyuta əməliyyatlarından gəlirlər |
1 396 |
6% |
Digər faiz gəlirləri |
408 |
2% |
Digər qeyri-faiz gəlirləri |
327 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
22 579 |
100% |