Azərbaycanda sərfəli şərtlərlə avtomobil krediti təklif edən banklar siyahısında “AFB Bank” ilk yerlərdə dayanır.
“AFB Bank” ilə “MİDA” MMC - ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALADI
FED.az xəbər verir ki, bank, “Avtomobil krediti” xidməti ilə maşın almağı planlaşdıran şəxslərə 14%-dən başlayaraq 100 000 AZN-dək kredit imkanı verir. Aşağı faiz dərəcəsi və maksimal kredit məbləği ilə yanaşı, bankın müəyyənləşdirdiyi kredit müddəti də təqdirəlayiqdir. Belə ki, müddət 3-60 ay arasında dəyişir, bu isə müştərilərə kredit məbləğini bu müddətdə rahatlıqla ödəmək imkanı yaradır.
Qeyd edək ki, “Avtomobil krediti” xidməti ilə mühərrik tipindən asılı olmayaraq istənilən avtomobili – elektrik mühərrikli, hibrid, daxili yanma mühərrikli maşınları almaq olar. İlkin ödəniş isə 20%-dən başlayır.
“AFB Bank”ın Avtomobil krediti və digər məhsulları barədə ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.
Hər bir müştəriyə fərdi və diqqətli yanaşma prinsipi ilə fəaliyyət göstərən “AFB Bank” hazırda 7 filial, 4 şöbə ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində vətəndaşların xidmətindədir.