Güzəştli şərtlərlə mənzil sahibi olmaq istəyən vətəndaşlar artıq bu prosesi “AFB Bank”a həvalə edə bilər. Belə ki, 25 iyul tarixində imzalanan müqaviləsi ilə “AFB Bank” da Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC ilə əməkdaşlıq edən banklar siyahısına daxil olub.
“AFB Bank” 2023-cü ilin II rübünü 5.5 milyon manat xalis mənfəətlə - BAŞA VURUB
FED.az xəbər verir ki, bu müqavilə “Güzəştli mənzil” sistemində qeydiyyatda olan şəxslərə “AFB Bank” vasitəsilə mənzil üçün ipoteka kreditindən faydalanmaq imkanı yaradır. Qeyd edək ki, güzəştli ipoteka kreditləri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilir, “AFB Bank” isə bu prosesi daha rahat və şəffaf şəkildə idarə edərək vətəndaşlara mənzil sahibi olmaqda öz dəstəyini göstərir.
Məlumat üçün bildirək ki, ölkənin daima inkişaf edən banklarından olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.
Ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.