Türkiyədə baş verən zəlzələdə zərər çəkən sakinlərə birbaşa yardım məqsədi ilə Fövqəladə Hallar Agentliyinin (AFAD) Yapı Kredi Bank Azərbaycanda AZN, TL, USD, EURO valyutasında hesabları açılmışdır.
Azərbaycanın iri bankı Türkiyənin iri inşaat şirkətilə yeni layihəni - MÜZAKİRƏ EDİB
Yardım etmək istəyən hər hansı fiziki şəxs və ya hüquqi şəxs filiallardan, internet / mobil bankçılıq və HÖP (Hökumət Ödəniş Portalı) vasitəsilə vəsaiti artıq qeyd olunan hesaba komissiyasız köçürə və ya nağd yatıra bilər. Müştərilərimizin həmçinin Əhmədli, Səbail, Nərimanov və 28 May filiallarında yerləşən və 7/24 xidmət göstərən Cash-in ATM -lərimizdən AFAD fondunun AZN (00000066) və ya USD (00000099) hesab nömrəsini qeyd etməklə ianə etməsi mümkündür.
Nərimanov filialımıza həftənin Şənbə - Bazar günü saat 10:00-22:00 (Kassa xidməti 21:30-dək) yaxınlaşaraq ianənizi edə bilərsiz..
Bankın filiallarının yerləşdiyi ünvanlar və iş saatları haqqında məlumatı linkdən əldə edə bilərsiniz: https://www.yapikredi.com.az/az/filiallar
Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.