AccessBank səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Bankın Müşahidə Şurasının hazırki üzvləri vəzifələrinə yenidən təyin ediliblər.
Bankdan FED.az-a verilən məlumata görə, Oleq İvaniyçukun rəhbərlik etdiyi Müşahidə Şurası Dariuş Katsprşik, Andrea Haqmann, Verner Klas və Corc Rublidən ibarətdir.
Eləcə də bax: “AccessBank”a yeni baş mühasib - TƏYİN EDİLİB
AccessBank-ın Müşahidə Şurası ilə tanış olmaq üçün:
https://www.accessbank.az/az/our-bank/supervisory-board/
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.