FED.az xəbər verir ki, Zərifə Qadiyeva “AccessBank” QSC-nin baş mühasibi təyin edilib.
Qeyd edək ki, o, AccessBank komandasına 2021-ci ilin noyabr ayında qoşulmuş və bu təyinatadək Mühasibatlıq Departamentinin Rəhbərinin Müavini vəzifəsində çalışmışdır.
O, Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini Bakalavr və Magistr dərəcələri üzrə bitirmişdir. Bank, Neft və Qaz sektoru, İnşaat sənayesi sahələrində mükəmməl iş təcrübəsi qazanmaqla bərabər, Maliyyə, Mühasibat uçotu və Maliyyə hesabatlılığı sahələrində də ixtisaslaşmışdır. Eyni zamanda, o, Beynəlxalq Maliyyə Hesabatlılığı Diplomunu (DipIFR), ACCA tərəfindən təqdim edilmiş bütün fundamental sənədlər və Kommersiya əməliyyatlarının uçotu sahəsində CIMA Sertifikatını əldə etmişdir.