“Accessbank”ın əməkdaşı “Google”ni təəccübləndirən yenilik edib .
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, bankın əməkdaşı Turqut Abdullayev “Google2da çalışan Tensorflow mütəxəssisləri tərəfindən Kerasın Python üçün yaratdığı Hyperparameter tuning kitabxanasını R istifadəçiləri üçün əlçatan edib.
Eləcə də bax: "ApplePay", "SamsungPay" və "GooglePay"ın Azərbaycana gələcəyi - GÖZLƏNİLİR
Kitabxana “Google” mütəxəssisləri tərəfindən bəyənilib.
Turqut Abdullayev FED.az-a açıqlamasında Hyperparameter tuning kitabxanasın nə olduğunu izah edib.
O bildirib ki, “Google” şirkətinin tərkibində olan Keras-team komandası dərin öyrənmə üçün 2015-ci ildə Keras adında bir alət yaradıblar. Keras alətini daha da inkişaf etdirmək üçün həmin komanda işin davamı olaraq hyperparametr tuning kitabxanasını Keras-a əlavə edib. Həmin dəyişiklik Keras-la dərin öyrənmədə daha dəqiq modellərin qurulması həmçinin optimal parametrlərin tapılmasına şərait yaradır. Çünki optimal parametlərin tapılması çox vaxt alan və yorucu bir prosesdir.
“R istifadəçiləri”qeyd edilən hyparameter tuning genişlənməsi yalnız Python proqramlaşdırma dili üçün mövcud olub və R proqramlaşdırma dilinin istifadəçiləri bu xüsisiyətdən yararlana bilmirdilər. Amma həmin yaratdığım kitabxana kerastune R ilə artıq R istifadəçiləridə həmin imkandan yararlana bilərlər”-deyə Turqut Abdullayev bildirib.
Kitabxananın nə üçün yaradıldığını bildirin mütəxəssis qeyd edib ki, istifadəçilər bu kitabxana vasitəsilə bank, telekom və digər sahələrdə həmin alətdən istifadə edərək biznesdə daha güclü modellər qura bilərlər.
Bu kitabxananın üstünlükləri isə Keras Tuner istifadəçilərin vaxtlarına qənaət edərək müəyyən parametrləri avtomatik tədbiq edərək müxtəlif modelləri tez bir zamanda hazırlanmasıdır. Digər tərəfdən optimal parametrlərin tapılması təkcə biznes proseslər üçün yox, həmçinin təbii dilin, şəkil və səs emalında istifadə oluna bilməsidir.
“Google” mütəxəssislərin özlərinin bu yenilikdən xəbər tutduqlarını bildirən Turqut Abdullayev qeyd edib ki, Google mütəxəssisləri daima yeniliklər barəsində məlumat əldə edirlər. Həmin funksionallığın müxtəlif proqramlaşdırma dillərdə mövcud olmasına çox böyük dəstək verirlər. Qeyd edək ki, layihə pulsuzdur.
Məlumat üçün bildirək ki, Turqut Abdullayev hazırda “Accessbank”da Senior Data Scientist vəzifəsində çalışır.