“AccessBank”, Qurban bayramı münasibətilə 30 iyul – 1 avqust 2020-ci il tarixlərində ölkə üzrə bütün supermarketlərdə ediləcək alış-veriş zamanı kartları vasitəsilə həyata keçiriləcək nağdsız ödənişlərin 5%-ni müştərilərinə “cashback” olaraq geri qaytarır.
Eləcə də bax: “AccessBank”dan kiçik və orta biznesə - 100.000 AZN-dək KREDİT
FED.az xəbər verir ki, “Cashback” əməliyyatdan sonra 10 iş günü ərzində kart hesabına otuzdurulacaq və müştəriyə bu haqda məlumat müvafiq sms vasitəsilə göndəriləcək.
Ətraflı məlumat üçün: https://accessbank.az/az/our-bank/news/detail.php?id=20974
Bundan başqa, Qurban bayramı münasibətilə “AccessBank”ın bütün kartlarını avqust ayının 15-dək 50% endirimlə əldə etmək mümkündür.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.