Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, kiçik və orta biznesə xidmət göstərən "AccessBank" mikrokredit kampaniyasına start verir. Yeni kampaniya çərçivəsində 100.000 AZN-dək biznes kreditləri 36 ayadək əldə etmək mümkündür.
FED.az xəbər verir ki, həmçinin illik 17%-dən başlayan faiz dərəcəsi və 0% komissiya haqqı* da kampaniya ərzində keçərli olacaq.
Yeni mikrokredit kampaniyasının üstünlükləri:
- Çevik sənədləşmə prosesi və sənədlərin minimal siyahısı
- Sərfəli faiz dərəcələri
- Əlverişli girov şərtləri
- Güzəşt müddəti və fəaliyyətə uyğun ödəniş planı
- Kredit xətləri və uzunmüddətli girov müqaviləsi
- Paralel kreditlər
- Daim sadələşən kredit şərtləri sayəsində uzunmüddətli partnyorluq üçün əlverişli şərait
Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün:
https://accessbank.az/az/business/loans/agro-loans/
Kampaniya 31.08.2020-ci il tarixinədək etibarlıdır.
*Komissiya haqqı faiz dəhlizindən asılıdır.