“Accessbank”ın depozitləri artıb.
FED.az- bankın maliyyə hesabatına istinadən xəbər verir ki, hazırda bankın depozit poprtfeli 660 milyon 960 min manatdır. Bu göstərici 2018-ci illə müqayisədə 159 milyon 822 min manat və ya 31,8% artıb.
Eləcə də bax: «Accessbank»ın vəziyyəti məlum oldu – HESABAT
2018-ci ildə bankın depozitləri 501 milyon 138 min manat təşkil edib.
Məlumat üçün bildirək ki, 2019-cu ilin nəticələrinə görə, bankın aktivləri 19,2 milyon manat və ya 2% artaraq 897 milyon 886 min manat təşkil edib. Bankın kredit və lizinqləri isə 536 milyon 428 min manat olub.