«AccessBank» QSC pulu nədən qazanır?
«Accessbank»da əmanət faizləri dəyişdi – RƏQƏMLƏR, MÜQAYİSƏ
FED.az Azərbaycanın bank sektorunun aparıcı oyunçularından biri, kredit bazarının aktiv iştirakçısı, mikro və kiçik biznesin kreditləşməsi üzrə lider bank olan – “AccessBank” QSC-nin gəlir mənbələrini təqdim edir.
2023-ci ilin üçüncü rübünün nəticələrinə görə, “AccessBank”ın ümumi gəlirləri 155 milyon 505 min manat təşkil edib. Bank bu göstərici üzrə ölkənin bank sistemində 6-cı yeri tutur. Hesabat dövründə bankın gəlirlərinin ən böyük hissəsi – 134 milyon 44 min manatı və ya bütün gəlirlərin 86%-i kredit portfelinin gəlirlərindən formalaşıb. Komissiya haqlarından isə 12 milyon manat daxil olub, bu bankın bütün gəlirlərinin 7%-i deməkdir. “AccessBank” ən az gəlirini valyuta əməliyyatlarından götürüb – 447 min manat bankın bütün gəlirinin 1%-i. Bank qiymətli kağızlar bazarına yatırımlardan 2 milyon 946 min manat və ya ümumi gəlirlərin 2%-i qədər gəlir əldə edib. 5 milyon 29 min manat məbləği başqa banklara ayırdığı depozitlərdən və kreditlərdən qazanıb.
Ümumiyyətlə, “AccessBank” ölkə bankları arasında ümumi gəlirlərində faiz gəlirlərinin ən yüksək olduğu bankdır - ümumi gəlirlərində faiz gəlirləri 91%, qeyri-faiz gəlirləri 9% təşkil edir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
133 044 |
86% |
QK-a investisiyadan gəlir |
2 946 |
2% |
Digər banklara depozitlərdən gəlirlər |
2 181 |
1% |
Digər banklara kreditlərdən gəlirlər |
2 848 |
2% |
Komissiya haqları |
12 008 |
7% |
Valyuta əməliyyatlarından gəlirlər |
447 |
1% |
Digər faiz gəlirləri |
- |
- |
Digər qeyri-faiz gəlirləri |
1 031 |
1% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
155 505 |
100% |