«Accessbank» müştərilərə təklif etdiyi “Müddətli Depozit” üzrə faiz dərəcələrində dəyişikliklər edib.
Manat və dollar əmanəti hansı bankda – DAHA SƏRFƏLİDİR? – BANKLAR, ŞƏRTLƏR, SİYAHI
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə faizlərdə həm azalma həm də artma nəzərdən qaçmır.
Bankın əvvəlki ayda açıqladığı “Müddətli Əmanət” məhsulunda manatda faizlər (aylıq ödənildikdə) 6 aylıq əmanətlər üçün 6,5%, 12 aylıq əmanətlər üçün 8,5%, 18 və 24 aylıq əmanətlər üçün isə 9,5% təşkil edirdisə, dekabrda bu rəqəmlər müvafiq olaraq, 12 aylıq əmanətlər üçün artaraq 9%, 18 aylıq əmanətlər üçün isə azalaraq 9,25% təşkil edib. 6 və 24 aylıq əmanətlər üçün faiz dərəcələri dəyişməz olaraq qalıb. Uyğun olaraq 6,5% və 9,5%.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik həm artıb həm azalıb belə ki, 12 aylıq əmanətlərdə faizlər 9%-dən 9,5%-ə qalxıb , 18 aylıq əmanətlər üçün isə faiz göstəricisi 10%-dən 9,75%-ə qədər azalıb. 6 və 24 aylıq əmanətlər üçün faiz dərəcələri dəyişməz olaraq qalıb. Uyğun olaraq 7% və 10%.
Qeyd edək ki, xarici valyutada faizlərdə dəyişikliklər olunub. USD valyutasında əmanət yerləşdirmək istəyən şəxslər üçün keçən ay faizlər müəyyən olunmamasına baxmayaraq bu aydan etibarən “Müddətli Əmanət” məhsulunda USD valyutasında faizlər (aylıq ödənildikdə) 6 aylıq əmanətlər üçün 0,2%, 12 aylıq əmanətlər üçün 1,2%, 18 və 24 aylıq əmanətlər üçün isə 1,4% təşkil edir. Faizlər müddətin sonunda ödənildikdə isə bu göstəricilər 6 aylıq əmanətlər üçün 0,5%, 12 aylıq əmanətlər üçün 1,5%, 18 və 24 aylıq əmanətlər üçün isə 1,7% müəyyən olunub.