AccessBank müştəriləri çevik və yüksək keyfiyyətli bank xidmətləri ilə təmin etməklə yanaşı, həm də onlara maksimum rahat mühit təqdim edir.
Eləcə də bax: "AccessBank"la - 40.000 AZN ƏLÇATANDIR!
Çünki AccessBank-da hər cümə günü səmimi ortam - “Free Fridays”dir. Belə ki, məhz bu gün AccessBank əməkdaşları müştərilərə qeyri-rəsmi geyim tərzində xidmət göstərir. Rahat geyim tərzi həm əməkdaşların, həm də müştərilərin daha rahat və səmimi ünsiyyət qurmasına yardım, bank xidmətlərinin isə daha effektiv olmasına töhfə verir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.