ABB Özbəkistan bazarına daxil olub.
Azərbaycanın lider bankının mənfəəti - REKORD VURDU - 1 İLDƏ 336 MİLYON MANAT - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Onun sözlərinə görə, ABB-nin səhmdarlarının qərarı ilə bank Özbəkistanın “Davr” bankından nəzarət səhm paketinə sahib olub. Bank Özbəkistan bazarında “ABB-Davr” adlanacaq.
ABB rəhbəri qeyd edib ki, ABB sözügedən banka 100 milyon dollar yatırım edəcək. Bank Özbəkistanın Davr bankının 51 faiz səhm nəzarət paketinə sahib olacaq. Hazırda bununla bağlı prosedur həyata keçirilir. Cari ilin ikinci yarısından etibarən Özbəkistan bazarında ABB Davr brendi ilə fəaliyyətə başlayacaq. Bankın aktivləri 1 milyard manatdan çoxdur, 43-dən çox filialı var. Bank çevik bir biznesə malikdir.
"Biz sıfırdan olan bir bank almaq istəmirdik. Hazır, bazarda yüksək mövqeyə malik olan bank araşdırırdıq. Bu təklif ABB-yə daha çox sərf edirdi" - deyə sədr bildirib.














