ABB mobile-ın imkanları getdikcə genişlənir. Mobil tətbiqdə daha bir xidmət əlçatan olub.
Azərbaycanın ən böyük bankı - ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA
FED.az xəbər verir ki, ABB mobil istifadəçiləri tətbiq vasitəsilə indi sığorta xidmətindən də yararlana bilərlər. Beləliklə, ABB özünün mobil bank əlavəsi vasitəsilə sığorta xidməti təqdim edən ilk Azərbaycan banklarından oldu. Bank bu imkanı “Atəşgah” sığorta şirkəti ilə inteqrasiya sayəsində yaradıb.
İstifadəçilər ABB mobile üzərindən icbari, əmlak, tibbi sığorta, səfər sığortası xidmətlərini ala biləcəklər. İlkin mərhələdə tətbiqdə bu sığorta növlərindən hələlik səfər sığortası aktivdir. Yaxın zamanlarda isə digər sığorta xidmətlərindən də istifadə mümkün olacaq.
Xatırladaq ki, bu günlərdə ABB mobile tətbiqində investisiya xidmətləri də təqdim olunub. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq “ABB-İnvest”-lə səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazana bilirlər. Bu cür inteqrasiya həlləri ilə ABB-nin mobil əlavəsi istifadəçilərin maliyyə ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İnvestisiya xidmətlərinin ardınca sığorta xidmətlərini də ABB mobile-də təqdim etməkdən məmnunuq. Hədəfimiz universal maliyyə qrupu kimi müştərilərimizin ehtiyac duyduqları bütün maliyyə xidmətlərini bir platformada toplamaq və ən yaxşı rəqəmsal təcrübə ilə onlara daha əlçatan etməkdir”.
ABB mobile tətbiqi ilə sığorta xidmətlərindən istifadə imkanları barədə daha ətraflı məlumatları buradan əldə etmək olar. Tətbiqi yükləyib onun üstünlüklərindən faydalana bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.