ABB mobile tətbiqində istifadəçilər üçün daha bir yenilik təqdim olunub.
ABB mobile-da - CONTACT-la TƏCİLİ PUL KÖÇÜRMƏ
FED.az xəbər verir ki, artıq «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da tətbiqdə aktivdir. Könüllü avtomobil sığortası məhsullarını ABB mobile üzərindən indi sərfəli şərtlərlə, hər bir məhsul üzrə illik 19 AZN ödəməklə əldə etmək olar.
Siz öz avtomobilinizə dəymiş 5 000 AZN-dən yuxarı zərərə görə «Avto+» könüllü sığorta məhsulunu əldə etməklə əlavə 5 000 AZN-ə qədər sığorta ödənişi ala bilərsiniz.
İcbari sığorta ilə sizin digər sürücüyə vurduğunuz zərər maksimum 5 000 AZN-ə qədər qarşılandığı halda, siz həmçinin “Avto Extra” könüllü sığorta məhsulunu əldə etməklə 5 000 AZN-dən yuxarı olan zərər üçün əlavə 5 000 AZN-dək sığorta ödənişi almaq imkanı qazanırsınız.
Beləliklə, bu məhsullarla müştəri qəza nəticəsində həm başqasının avtomobilinə vurduğu, həm də öz avtomobilinə dəymiş zərərə görə sığorta ödənişinin məbləğini ABB-nin partnyoru olan «Atəşgah» Sığorta ilə 5 000 AZN-dən 10 000 AZN-ə qədər artırmış olur.
ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.