İmkanları getdikcə daha da genişlənən ABB mobile tətbiqində növbəti xidmət təqdim olunub. İndi istifadəçilər ABB mobile-da CONTACT təcili pulköçürmə xidmətindən də faydalana bilərlər.
ABB-dən yeni layihə - “FAYDALI KEŞBEK”
FED.az xəbər evrir ki, banka gəlmədən cəmi bir neçə toxunuşla başqa ölkələrə pul köçürmək, yaxud göndərilmiş vəsaitləri almaq olar.
Bu imkandan istifadə çox sadə və rahatdır. Üstəlik, ilk 3 ay ərzində köçürmə komissiyası tutulmur.
Xidmətin digər özəllikləri:
-Köçürmə limiti: günlük 1000 USD, aylıq 10.000 USD
-Vəsait qəbulu limiti: günlük 15.000 AZN, aylıq 50.000 AZN
-Əməliyyat tamamlanarkən istifadəçiyə həm tətbiq bildirişi, həm SMS vasitəsilə köçürmə kodu təqdim olunur.
-Vəsaitin qəbulu zamanı hər hansı texniki problem yaranarsa, vəsait avtomatik geri qaytarılır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.