Azərbaycanın bank sistemində aparıcı rola malik olan Azərbaycan Beynəlxalq Bankı – ABB həm korporativ, həm də pərakəndə seqmentdə müxtəlif məhsullar təklif edir. Belə məhsullardan biri də bankın təklif etdiyi mənzil kreditidir. Bank son 3 ildə mənzil kreditləri sahəsində bazar payını kifayət qədər gücləndirib.
FED.az xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Abbas İbrahimov bildirib.
Onun sözlərinə görə, bankın 2022-ci ildə kreditləşmə üzrə bazar payı 18%-ə çatıb. Eyni zamanda sədr nağdsız ödənişlər üzrədə bazar payının artırılması üzrə çalışdıqlarını bildirib.