Azərğaycanın aparıcı investisiya şirkətlərindən olan «ABB invest» investisiya şirkətinin dövriyyəsi və əməliyatları kəskin artıb.
Eləcə də bax: ABB-nin manatla istiqraz emissiyasının - “AÇILIŞ ZƏNGİ” OLDU
FED.az xəbər verir ki, Bakı Fond birjasının məlumatlarına görə, bu ilin ilk 5 ayında «ABB invest»in dövriyyəsi 1 milyard 782 milyon manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqavisədə 3,5 dəfə artıqdır. Xatırladaq ki, 2021-ciilin yanvaar-may aylarında o zaman hələ yeni yaradılmış «ABB invest»in dövriyyəsi 514 milyon manat təşkpl etimişdi.
Eləcə də bax: “Yaxın zamanda müştərilərimiz üçün geniş investisiya imkanları yaradılacaq” - MÜSAHİBƏ
Ötən ilin ilk 5 ayında şirkətdə 119 əməliyyat aparıldığı halda, 2022-ci ilin ilk 5 ayında əməliyyatların həcmi 644 təşkil edib – 5,4 dəfə artım.
İlk 5 ayda «ABB invest» şirkətinin Mərkəzi Bankın qiymətli kağızları ilə əməliyyatlarının həcmi 521,6 milyon manat, dövlət istiqrazları ilə əməliyyatlarının həcmi 148 milyon manat, korporativ istiqrazlarla əməliyyatları 192,6 milyon manat, səhmlərlə əməliyyatları 28 min manat, repo əməliyyatları isə 919,8 milyon manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə «ABB invest»in AMB-nin qiymətli kağızları ilç əməliyyatları 57%, dövlət istiqrazları ilə əməliyyatları 8,8%, korporativ istiqrazlarla əməliyyatları 104 dəfə, səhmlərlə əməliyyatları 100%, repo əməliyyatları 21 dəfə artıb.
İlk 5 ayda birjanın ümumi dövriyyəsində «ABB invest»in bazar payı 3 dəfə artaqaq 24% təşkil edib. Ötən il isə bu göstərici 7,8% təşkil edirdi.