ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir, müştərilər üçün yeni dəyərlər yaradır. Maliyyə xidmətlərinin daha səmərəli, hər kəs üçün əlçatan və rahat olması üçün imkanlarını ölkəmizdəki başqa banklarla da paylaşır.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı ABB – YÜKSƏK MƏNFƏƏT AÇIQLADI - HESABAT
Belə ki, ABB-nin “ƏDV geri al” xidmətindən artıq LeoBank istifadəçiləri də faydalana bilər. İndi alış-veriş qəbzlərini ABB-nin, yaxud LeoBankın mobil tətbiqində oxutmağınızdan asılı olmayaq geri qayıdan ƏDV məbləğləri eyni hesabda toplanır. Müştəri həmin vəsaitlərdən hər iki mobil tətbiq vasitəsilə istifadə edə bilir.
Bundan əvvəl isə eyni imkan Azercell və Hesab.az-la da yaradılıb. Beləliklə, alış-veriş çeklərini artıq həm ABB mobile tətbiqi, həm Azercell, həm Hesab.az, həm də LeoBank tətbiqi vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplamaq olar.
“ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.