Ötən il ərzində beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan banklarına böyük həcmli kredit xətlərinin açılması üzrə bir sıra müqavilələr imzalanıb.
"Qarabağda biznesə verilən kreditlərə 90% həcmdə dövlət zəmanəti veriləcək"
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusundakı konfransda deyib.
O bildirib ki, yaxın aylarda bu müqavilələrin davamlı şəkildə imzalanmasının şahidi olacağıq.
“ABA olaraq Mərkəzi Bank və İqtisadiyyat Nazirliyi ilə birgə sosial-iqtisadi inkişafın maliyyələşdirilməsi layihəsinə start vermişik. Layihənin məqsədi real sistemin maliyyələşdirilməsinin genişləndirilməsi üzrə sistemli yanaşmanın formalaşdırılmasından ibarətdir”, - deyə Z.Nuriyev qeyd edib. (Azərtac)