2023-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları tərəfindən ümumilikdə 294,344 milyon manat məbləğində kredit verilib, bu da 2022-ci ilin 9 ayın göstəricisindən 38,2% çoxdur.
Sığorta şirkətləri Naxçıvana axışdı - 2 AYDA 5 ŞİRKƏT İŞƏ DÜŞDÜ
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev məlumat verib ki, verilmiş kreditlərin 35.4%-i və ya104, 304 milyon manatı (+2,8 dəfə) regionda real sektorun inkişafına yönləndirilib.
Onun sözlərinə görə, hazırda Naxçıvanda 7 bankın 18 filialı, 2 banka məxsus 7 bank şöbəsi, 2 BOKT və bir kredit ittifaqı fəaliyyət göstərir.
Bundan başqa, MR-də 6 sığorta şirkəti təmsil olunur.