Son 2 ayda Naxçıvanda 5 yeni sığorta şirkəti fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Naxçıvan idarəsinin rəhbəri Elçin Əliyev bildirib.
Onun sözlərinə görə, son 2 ayda Muxtar Respublikada «Azər sığorta» şirkətnin filialı, «Qala sığorta», «Paşa sığorta», «Paşa Həyat Sığota» və «Azsığorta» şirkətləri fəaliyyətə başlayıb.
E.Əliyev bildirib ki, yeni şirkətlərin fəaliyyətə başlaması muxtar respublikada yeni sığorta məhsullarının təqdim edilməsinə və onun həcminin artmasına səbəb olub.
Nəticədə ötən illə müqayisədə muxtar respublikada sığorta yığımlarının həcmi 58% artıb.