ABB-də müştərilən əmanətlərində artım tendensiyası davam edir.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Belə ki, bu ilin III rübündə ABB-nin depozit portfeli 9 milyard 665 milyon manat təşkil edib . onun da 2 milyard 385 milyon manatı fiziki şəxslərin, 7 milyard 280 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfeli 269,1 milyon manat (3%), fiziki şəxslərin əmanətləri son 9 ayda 231,1 milyon manat (11%), şirkətlərin əmanətləri isə 38 milyon manat (1%) böyüyüb.
Ötən ilin sonunda ABB 9 milyard 396 milyon manat depozit portfelinı malik olub. Onun da 2 milyard 154 milyon manatı fiziki şəxslərin, 7 milyard 242 milyon manatı hüquqi şəxslərin payına düşüb.