Ölkə başçısının 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası ilə bağlı 602 min vətəndaş kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaş isə kreditlərinin restrukturizasiyasına aid edilmişdir.
Eləcə də bax: Palata restrukturizasiya və problemli kreditlərlə bağlı - MƏLUMATLARI AÇIQLADI
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib kia, artıq vətəndaşlara 644.5 mln. manat kompensasiya ödənilmişdir.
Son tarixə 123.1 min borcalanın 242.3 milyon manat məbləğində kreditləri güzəştli şərtlərlə (1% olmaqla 5 ilə) restrukturizasiya edilmişdir.
Fərman çərçivəsində silinən faiz və dəbbə pullarının həcmi 205 milyon manatdan çox olmuş, 42 min borcalanın kreditləri tam bağlanmışdır.
Bəyantda deyilir ki, Fərmanın icrası bank aktivlərinin keyfiyyətinə müsbət təsir göstərmişdir. Cari ilin noyabrında sektorun vaxtı keçmiş kreditlərinin portfeldə payı 2018-ci ilin sonu ilə müqayisədə 3 faiz bəndi azalmışdır. Bununla belə problemli kreditlər maliyyə sisteminin sabitliyinin kövrəkliklərindən biridir.
Marja