Bu il iyulun 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 21-i Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəliklərinin illik dinamikası barədə məlumat verib.
Bu banklardan 4-ü - "Access Bank", "Azərbaycan Sənaye Bankı", "Bank VTB Azərbaycan" və "PAŞA Bank" son 1 ildə tənzimləyici quruma borcunu tam qaytarıb. Yəni, öhdəliklərdə 100% azalma var.
Bununla yanaşı, 6 bank da AMB-yə borcunu qismən azaldıb. Bunlar "Xalq Bank", "Nikoyl Bank", "AGBank", "Bank BTB", "Günay Bank" və "Bank Silk Vey"dir. Ən çox azalma "Bank Silk Vey"də (88,9% az), ən az azalma isə "Xalq Bank"da (2,2%) qeydə alınıb.
2 bankın - "Atabank" və "Bank of Baku"nun AMB-yə borcu olduğu kimi qalıb.
9 bankın - "AFB Bank", "Bank Avrasiya", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"ın isə AMB-yə borcunun dinamikasını hesablamaq mümkün olmayıb. Çünki bu bankların son 1 ildə tənzimləyici qurum qarşısında öhdəlikləri olmayıb.
9 bank isə AMB-yə borclarının illik dinamikasını açıqlamayıb. Bunlar;n arasında "Amrah Bank", "Express Bank", "Muğan Bank", "Rabitəbank", "Unibank" və başqaları var.
13 BANKI MƏRKƏZİ BANKA BORCU YOXDUR
Bu il iyulun 1-nə olan vəziyyətə görə, ölkədə fəaliyyət göstərən 30 bankdan 22-si Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri barədə məlumat verib ki, bunlardan da 9-u tənzimləyici quruma borcludur.
Həmin banklar "AGBank", "Nikoyl Bank", "Xalq Bank", "Bank BTB", "Muğan Bank", "Atabank", "Bank of Baku", "Günay Bank" və "Bank Silk Vey"dir.
Bu banklardan AMB-yə ən çox borclu olan "AGBank" (40 milyon manat), ən az borclu olan isə "Bank Silk Vey"dir (2,5 milyon manat).
Eləcə də bax: Bayram günlərində işləməyən banklar - SİYAHI
Tənzimləyici quruma borclu olmadığını bəyan edən 13 bank isə "Access Bank", "AFB Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Avrasiya", "Bank VTB Azərbaycan", İran Milli Bankının Bakı filialı, "Kapital Bank", "Naxçıvan Bank", "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "PAŞA Bank", "Yapı Kredi Bank Azərbaycan" və "Zıraat Bank Azərbaycan"dır.
8 bank - "Amrah Bank", "Express Bank", "Rabitəbank", "Unibank" və başqaları AMB qarşısında öhdəliklərini açıqlamayıb.
Eləcə də bax: «Bakıda 1 milyonluq evi olan sahibkar 30 min kredit istəyirsə...» - BANKİRLƏ MÜSAHİBƏ