Bu ilin yanvar-aprel ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 757 layihənin maliyyələşdirilməsinə 29,8 milyon manat güzəştli kredit verilib.
Eləcə də bax: Bank sektorunun istehlak kreditləri portfeli - 31% BÖYÜYÜB
FED.az Banker.az-a istinadən xəbər verir ki, cari ilin 1 may tarixinədək ən çox sayda güzəştli kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısını diqqətinizə çatdırırıq:
1. “AccessBank” QSC – 177
2. “Bank Respublika” ASC – 157
3. “Unibank” ASC – 133
4. “Yelo Bank” ASC – 93
5. “Aqrarkredit” QSC – 59