Cari ilin 30 aprel tarixinə olan məlumata əsasən, Azərbaycan banklarının kredit portfeli 17 mlrd. 840.4 mln. manat təşkil edir. Bunun 10 mlrd. 328.3 mln. manatı və ya 57.9%-i biznes kreditlərinin, 4 mlrd. 940.6 mln. manatı və ya 27.7%-i istehlak kreditlərinin, 2 mlrd. 571.5 mln. manatı və ya 14.4%-i isə ipoteka kreditlərinin payına düşür.
Eləcə də bax: Azərbaycan əhalisi apreldə banklara kredit borcunu 166 milyon manatdan çox - ARTIRIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank bildirir.
Qeyd edək ki, ötən ilin 30 aprel tarixinə olan göstəricilərlə müqayisədə bankların kredit portfelinin həcmi 22.1% artıb. O cümlədən, biznes kreditləri, istehlak kreditləri və ipoteka kreditləri portfelində də artım var. Bu artımlar müvafiq olaraq 18.9%, 30.8% və 19.8% təşkil edib.