Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 11-nin bu ilin yanvar-mart aylarındakı xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
FED.az xəbər verir ki, bunlar "Amrah Bank", "Bank Avrasiya", "Azərbaycan Sənaye Bankı", "Azərbaycan Beynəlxalq Bankı", "AGBank", İran Milli Bankının Bakı filialı, "Atabank", "Yapı Kredi Bank Azərbaycan", "Bank VTB Azərbaycan", "Azər-Türk Bank" və "Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (70,5%), ən az azalma isə "Amrah Bank"da (0,4%) qeydı alınıb.
1 bankın - "Rabitəbank"ın xərcləri demək olar ki, dəyişməyib.
Qalan 18 bankın xərcləri isə artıb. Ən yüksək dinamika "Günay Bank"da (65,4%), ən aşağı dinamika isə "Access Bank"da (1%) qeydə alınıb.
Eləcə də bax: Azərbaycanda 5 bankın xərcləri 20 milyon manatdan çoxdur