Bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5-nin xərcləri 20 milyon manatdan çox olub.
FED.az xəbər verir ki, bunlar "Kapital Bank" (62,768 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (52,889 milyon manat), "Access Bank"dır (28,018 milyon manat), "PAŞA Bank" (25,917 milyon manat) və "Unibank"dır (22,82 milyon manat).
Qalan 25 bankdan 9-da xərclər 10-20 milyon manat arasında, 14 bankda isə 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
Eləcə də bax: Azərbaycanda 18 bankın xərcləri artıb - SİYAHI