Qeyd edək ki, devalvasiyadan sonra problemli kreditlər portfelində avtomobil kreditlərin çəkisi xüsusi yer tuturdu. Buna görə də 2015-ci ildən sonra banklar avto kreditləri ya tamamilə dayandırdı, ya da şərtləri ağırlaşdırdı. 2018-ci ilin ilk aylarından başlayaraq istehlak kreditlərini yenidən bazara təqdim edən bankların bir neçəsi həm də avto kreditləri bərpa etdi.
Eləcə də bax : Pulunu depozit qutusuna etibar edənlər üçün – SİYAHI+QİYMƏTLƏR
FED.az monitorinq qrupunun apardığı araşdırmalara görə, hazırda 13 bank avtomobil krediti verir. Banklarda demək olar ki, kredit şərtləri eynidir.
Avtomobil krediti verən banklarımızın siyahısı aşağıdakılardır.
Sıra | Bankın adı | Faiz dərəcəsi | Məbləğ, AZN | İlkin ödəniş | Müddət |
1 | AccessBank | 25 – 28 | 50.000 | Min -40% , Max -50% |
24ay |
2 | Amrahbank | 25 | 3000-100.000 | Min -40% , Max -50% |
3ay-36ay |
3 | AtaBank | 20-25 | Limit yoxdu | Min -40% , Max -50% |
12ay-48ay |
4 | Azər-Türk Bank | Fərdi baxılır | Fərdi baxılır | Fərdi baxılır | Fərdi baxılır |
5 | Bank BTB | 25-27 | 80.000 | Min -40% , Max -50% |
36ay |
6 | Naxçıvan Bank | 17-20 | Limit yoxdu | Min -50% , Max -60% |
Fərdi baxılır |
7 | Nikoil Bank | 25-27 | Limit yoxdu | Min -40% , Max -50% |
36ay |
8 | RabitəBank | 18-22 | Limit yoxdu | Min -40% , Max -50% |
3ay-36ay |
9 | YapıKredi Bank | 18-19 | Limit yoxdu | Min -40% , Max – 80% |
12ay-36ay |
10 | Turan Bank | 19-21 | 35.000-dək | Min -40% , Max -50% |
12-36ay |
FED.az xəbər verir ki, banklardan bir neçəsi yalnız tərəfdaş olduqları avtomobil şirkətlərinin xətti ilə kredit verirlər. Bu banklar aşağıdakılardır:
Bank of Baku | Yalnız “Auto Azərbaycan” MMC, onun dilerləri və digər tərəfdaşlar tərəfindən satılan yeni Hyundai markalı avtomobilləri kreditləşdimək mümkündür |
NBC Bank | “Avtolux Azərbaycan” MMC ilə əməkdaşlıq şərtlərinə əsasən avtomobil krediti əldə edə bilərsiniz. |
Xalq Bank | “Avtolux Azərbaycan MMC” ilə əməkdaşlıq şərtlərinə əsasən avtomobil krediti əldə edə bilərsiniz |
Siyahıdan göründüyü kimi, ölkənin 30 bankından 13-nu avtomobil krediti verir. Avtomobil kreditini dayandıran bankların siyahısında AFB Bank, AGBank, Beynəlxalq Bank, Azərbaycan Sənayə Bankı, Bank Avrasiya, Bank Respublika , VTB Bank, Express Bank, Kapital Bank, Muğan Bank, Paşa Bank, Unibank, Ziraat Bank, Silk-Vey Bank, Melli İran Bankı, Pakistan Bankı kimi banklar var.