2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 17% - 23 milyard 617,99 milyon manata qədər artıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda bankların və BOKT-ların kredit portfeli 1,8% və ya 421,5 milyon manat (oktyabrda +0,8% və ya 177,9 milyon manat) artıb.
Noyabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 440,26 milyon manat (hesabat dövründə azalma 25,8% - İF) və ya bütün kreditlərin 1,9%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il noyabrın 30-na dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 5 milyard 398 milyon manat (artım 40,1%) və ya bütün kreditlərin 22,9%-i, özəl banklar tərəfindən 17 milyard 483,2 milyon manat (artım 11,1%) və ya bütün kreditlərin 74%-i həcmində kredit verilib. Qalan 736,76 milyon manat (artım 25%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Noyabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 19 milyard 125,18 milyon manat (artım 18,1%) milli valyuta, 4 milyard 492,8 milyon manat (artım 12,6%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 561,4 milyon manat (bütün kreditlərin 15,1%-i) ticarət və xidmət sahələrinin, 743,2 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 538,36 milyon manat (2,3%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 135,98 milyon manat (4,8%) tikinti sektorunun, 1 milyard 165,06 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 319,57 milyon manat (5,6%) nəqliyyat və rabitə sahələrinin, 13 milyard 788,6 milyon manat (58,4%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-noyabr aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 22,3% artıb (2022-ci ildə artım 31% təşkil edib. (İnterfaks-Azərbaycan)