1 noyabr 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2 965 ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2% çoxdur.
Bankların kreditlərinin artım sürəti azalıb – GÖSTƏRİCİLƏR AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrın sonuna Bakıda 1 558 ədəd (azalma 0,2%), bölgələrdə 1 407 ədəd (artım 4,5%) bankomat quraşdırılıb.
Respublika ərazisindəki ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 75,078 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 23,2% çoxdur.
Bununla yanaşı, Bakıda 50,491 min ədəd (artım 24,5%), regionlarda 24,587 min ədəd (artım 20,7%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 73,536 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb. (İnterfaks-Azərbaycan)