Çin avtomobillərinin böyük təzyiqi altında əzilən Almaniya şirkətlərindən fərqli olaraq Cənubi Koreyanın avtomobil nəhəngi «Hyundai» şirkətinin atışları nəinki azalmayıb, hətta artmaqdadır.
«Geely» şirkəti «Ford», «Hyundai», «Kia» və «Honda»nı - KEÇMƏYƏ HAZIRLAŞIR
FED.az xəbər verir ki, 2024-cü il «Hyundai» üçün rekord ili olub. Xüsusilə ABŞ-da «Hyundai»in bəzi modellərində inkişaf daha sürətli baş verib.
O cümlədən yeni «Hyundai Sonata»nın satışları kəskin artıb və bu göstəriciyə görə, ABŞ bazarında ən yaxşı göstərici nəticələr əldə edilib.
Belə ki, «Hyundai» 2024-cü ildə ABŞ-da 836 802 ədəd avtomobil satıb ki. Bu da şirkət üçün yeni rekorddur.
Şirkətin pərakəndə satışları 742 min ədədi keçib, eləcə də bəzi modellərin, o cümlədən «Palisade», «Ioniq 5», «Tucson Hybrid» və «Santa Fe Hybrid»in satış rekordları yenilənib.
2024-cü ildə ən çox satılan «Hyundai» modeli «Tucson» olub - 206 min ədəd. Ötən illə müqayisədə «Tucson»un satışları 2% azalıb. Sonrakı yeri «Elantra» və «Santa FE» tutur, 137 min və 119 min ədəd.
«Ioniq 5»in satışları 31% artaraq 44 400 ədəd, «Palisade»nin satışları 23% artaraq 110 min ədəd olub. Son bir ildə satışların ən çox artdığı model «Hyundai Sonata» olub, yeni sedanın satışları 53% artaraq 69 min ədədi keçib.