Çinin «Geely» şirkəti 2024-cü ili rekord satışlarla başa vurub və qarşıdakı dövrdə illik satışları 5 minlyona qaldırmaqla «Ford», «Hyundai», «Kia» və «Honda» kimi şirkətləri arxada qoymağı planlaşdırır.
Yeni «Hyundai Sonata»nın satışları «partladı» - 70 MİN ƏDƏD SATILDI
FED.az xəbər verir ki, şirkət 2027-ci ildə 5 milyon avtomobil satmağı planlaşdırır.
Xatırladaq ki, 2023-cü ildə «Geely Holding» 2,79 milyon ədəd minik və kommersiya avtomobili satıb. 2024-cü ilin ilk 11 ayında isə satışlar daha 20% artaraq 3 milyonu keçib.
2024-cü ildə şirkət təkcə minik avtomobilləri olaraq 2 milyon 176 min maşın satıb, bu əvvəlki ildən 32% artıqdır.
Yuxarıda adı çəkilən şirkətləri arxadaqoymaqla, «Geely» avtomobil istehsalçılarının ilk 10-luğuna daxil olacaq.