Yaponiya hökuməti kiçik elektromobillərin əsasən yaşlı insanlar tərəfindən alınması üçün subsidiyalar ayırmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.
Eləcə də bax: Ən güclü avtomobil təqdim edildi - QİYMƏT - FOTO
Bildirilir ki, bu məqsədlə subsidiyaların gələn ilin aprelindən ayrılması nəzərdə tutulur. İdarəetmə mexanizmi çox sadə olan elektromobillər saatda 60 kilometr sürətlə hərəkət edir. Həmin nəqliyyat vasitələrindən əsasən, yaşlı nəslin nümayəndələrinin istifadə edəcəyi gözlənilir.
Lakin bu elektromobillərin qiymətinin çox baha olması müəyyən çətinliklər yaradır. Belə ki, bir nəfərlik belə nəqliyyat vasitəsinin qiymətinin səkkiz min dollar civarında olduğu bildirilir.
Nazirlik bu elektromobillərin satışını stimullaşdırmaq üçün gələn ilin aprelində başlayacaq növbəti maliyyə ilində subsidiyaların tətbiqini təklif edir.
Azərtac