Yaponiyanın “Aspark” kompaniyası Dubayda avtosalonda dünyanın ən güclü avtomobili adına namizəd olan “Owl” elektrik hiperkarını təqdim edib.
FED.az məlumat verir ki, hazırlanmasına 7 ilə yaxın vaxt sərf edilən hiperkar 1900 kiloqramdır. O, 2040 at gücünda olan dörd eletrik mühərriklə təchiz edilib. Bu göstəricisinə görə “Owl” iyul ayında təqdim edilən 2000 at gücündə olan “Lotus Evija” hiperkarını üstələyir.
Eləcə də bax: Azərbaycanda satılan ən bahalı - 10 AVTOMOBİL - SİYAHI
Hiperkar 100 km/saat sürəti 1,7, 300 km/saat sürəti isə 10,6 saniyəyə yığır. “Owl”un maksimal sürəti 400 km/saat-dır.
“Aspark” 50 ədəd “Owl” hiperkarı istehsal etmək niyətindədir. Maşınların qiyməti isə 3 milyon avrodan başlayacaq.
Bu avtomobilə sahib olmaq üçün 50 min avro ilkin ödəniş etmək və növbə gözləmək lazımdır. Son qiymət (2 900 000 avro) sifarişçinin şəxsi istəklərindən asılı olaraq dəyişə bilər.
Qafqazinfo