2023-cü ilin yanvar ayında Azərbaycanda 195 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 91,2% çoxdur.
Yanvarda Azərbaycan elektromobil idxalını - 9 DƏFƏDƏN ÇOX ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 fevral 2023-cü il tarixinə anbarlarda 314 ədəd var.
Yanvarda Azərbaycanda 101 ədəd traktor istehsal edilib ki, bu da 2022-ci ilin yanvar ayı ilə müqayisədə 3,4 dəfə çoxdur.
2023-cü il fevralın 1-nə anbarlarda 17 ədəd traktor var.
Bundan başqa, yanvarda 40 ədəd yek avtomobili istehsal olunub, bu da 2022-ci ilin yanvar ayının göstəricisindən 20% azdır.
Fevralın 1-nə anbarlarda 9 avtomobil var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır. (İnterfaks-Azırbaycan)