Çinin böyük avtomobil istehsalçısı olan «Geely» şirkəti özünün yeni yolsuzluq avtomobili olan «Galaxy Battleship 700»in salonunun rəsmi fotolarını paylaşıb. Bu, şirkətin qoşula bilən hibrid mühərrikli yeni flaqman modelidir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 3 mühərriki olan bu avtomobilin ümumi gücü 1129 at gücü qədərdir. «Battleship 700»ün satışlarına bu ilin sonunda başlanması gözlənilir.
Maşının interyeri – hansı ki, «Geely» şirkəti daha çox bu tərəfini önə çəkir – premium variantı uyğun işlənilib. Burada 3 tərəfli sükan, böyük multimedia ekranı, idarəetmə üçün sensorlu deyil, fiziki düymələr var. Salonun gözü, ümumiyyətlə maşının ən fərqli cəhəti sürətlər qutusu rıçaqının orijinal forması, daha dəqiqi təyyarə sükanı formasında düzəldilməsidir. Nisbətən aşağıda isə yolsuzluq funksiyalarını idarə etmək üçün klavişlər yerləşdirilib.
Xarici görünüşünə görə, «Galaxy Battleship 700» küncləri kəskin klassik yolsuzluq avtomobili stilində düzəldilib, buna görə də o uzaqdan «Galendvagen»i, bir az da «Range Rover»i xatırladır. Maşının düzbucaqlı radiator barmaqlığı ilə yanaşı, damda lidarı, mexaniki qapı dəstəkləri, səyahər yük yeri və ehtiyat təkər üçün yer var.
Qeyd edildiyi kimi, maşının əsas texniki xüsusiyyəti 3 mühərrikinin olmasıdır. Burada ümumi gücü 830 kVt (və ya 1129 at gücü) olan ümumi güc toplanıb.







![«Geely» şirkəti «Galendvagen» və «Range Rover»ə rəqib çıxardı – [red]TƏYYARƏ SÜKANI - 1130 AT GÜCÜ - FOTOLAR[/red] | FED.az](upload/news/small/3878065.png)
![«Geely» şirkəti «Galendvagen» və «Range Rover»ə rəqib çıxardı – [red]TƏYYARƏ SÜKANI - 1130 AT GÜCÜ - FOTOLAR[/red] | FED.az](upload/news/small/82590.png)
![«Geely» şirkəti «Galendvagen» və «Range Rover»ə rəqib çıxardı – [red]TƏYYARƏ SÜKANI - 1130 AT GÜCÜ - FOTOLAR[/red] | FED.az](upload/news/small/4272253.png)
![«Geely» şirkəti «Galendvagen» və «Range Rover»ə rəqib çıxardı – [red]TƏYYARƏ SÜKANI - 1130 AT GÜCÜ - FOTOLAR[/red] | FED.az](upload/news/small/3776304.png)
![«Geely» şirkəti «Galendvagen» və «Range Rover»ə rəqib çıxardı – [red]TƏYYARƏ SÜKANI - 1130 AT GÜCÜ - FOTOLAR[/red] | FED.az](upload/news/small/1864197.png)
![«Geely» şirkəti «Galendvagen» və «Range Rover»ə rəqib çıxardı – [red]TƏYYARƏ SÜKANI - 1130 AT GÜCÜ - FOTOLAR[/red] | FED.az](upload/news/small/3044635.png)









