“Xiaomi” 2021-ci ilin mart ayında elektromobil istehsalına başlamaq planlarını açıqlayıb. İlk mərhələdə şirkət avtomobil bölməsinə 10 milyard yuan sərmayə qoymağı planlaşdırır. Kütləvi istehsalın 2024-cü ili ortalarında başlayacağı gözlənilir.
Tesla ən bahalı modellərinin - QİYMƏTLƏRİNİ ENDİRİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət bazarda sərt rəqabətlə üzləşəcək. Belə ki, yeni gənc markalar olan “Xpeng Motors” və “Li Auto” bu gün “Tesla” ilə bazar payını artırmaq uğrunda mübarizə aparırlar.
“Xiaomi”nin əsas biznesinə gəlincə, qlobal iqtisadiyyatda tənəzzül fonunda tələbin azalması səbəbindən smartfonların istehsalı azalıb.
2022-ci ildə Çində smartfonların tədarükü illik müqayisədə 14% azalaraq 287 milyon ədəd olub. “IDC”nin məlumatına görə, “Xiaomi”nin qlobal tədarükləri keçən il demək olar ki, 20% azalıb.