Tesla Inc şirkəti, ABŞ-da ən bahalı modellərinin qiymətlərini endirib. Bu, ilin əvvəlindən bəri Tesla avtomobilləri üçün beşinci qiymət dəyişikliyidir. Bu dəfə endirim idman üslublu Model S üçün 4%-dən ən bahalı Model X üçün 9%-ə qədər dəyişir.
“Tesla” daha ucuz avtomobillər istehsal edəcəyini açıqladıqdan sonra səhmləri - 5% UCUZLAŞIB
FED.az xəbər verir ki, Model S-in hər iki versiyasının qiyməti 5 min dollar azaldılıb. Baza versiya Model S indi 5% ucuzlaşaraq 89 990 dollara, Plaid versiyasının qiyməti isə 4% azalaraq 109 990 dollara endirilib.
Model X-in idman və baza versiyasının qiyməti 10 min dollar ucuzlaşıb. Əsas AWD komplektasiyanın qiyməti 9% azalaraq 99 990 dollara, Plaid versiyası isə 8% ucuzlaşaraq 109 990 dollara düşüb.
Bir neçə gün əvvəl CEO Elon Musk bildirmişdi ki, son qiymət endirimləri tələbi stimullaşdırıb. (Marja)